IMG-LOGO

Bilyardın "Pool" növü üzrə Azərbaycan çempionatı keçirilib

15 Dec 2025 11:29 4 baxış
IMG

Bilyardın "Pool" növü üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib.

"Report" xəbər verir ki, yarışda ölkənin ən güclü bilyardçıları mübarizə aparıb.

Kişilər "Pool-10", qadınlar "Pool-8" üzrə mükafatçıları müəyyənləşdiriblər.

Kişilərin mübarizəsində Orxan Qubatov birinci, Murad Fəttayev ikinci, Orxan Rzayevlə Ruslan Əmiraslanov üçüncü yeri tutublar.

Qadınlar arasında Mina Nəsirova çempion olub. Səbinə Bayramova gümüş, Südabəxanım İsmayılova ilə Zəminə Yolçuzadə isə bürünc medal qazanıblar.

Mükafatçılar diplom və medallarla təltif olunublar.

Xəbər lenti