IMG-LOGO

Azərbaycan stolüstü tennisçiləri Şarja şəhərində hazırlıq keçəcəklər

15 Dec 2025 11:39 5 baxış
IMG

Azərbaycan stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təlim-məşq toplanışına qatılacaqlar.

Bu barədə "Report"a federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Səfərə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova yollanıblar. İdmançılar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında yerli komanda ilə birgə hazırlıq keçəcəklər.

Birləşmiş Ərəb Əmirlikləri Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.

Xəbər lenti