IMG-LOGO

İşdən çıxıb geri qayıtmaq olar? - CAVAB

15 Dec 2025 11:27 5 baxış
IMG
0 0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual işdən çıxıb yenidən geri qaytımaqla bağlıdır. 

İşdən çıxmaq üçün ərizə verdikdən sonra yenidən yerinə bərpa olunmaq olar?

Lent.az xəbər verir ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək həmin ərizəni geri götürə və yaxud ərizənin etibarsız sayılması barədə işəgötürənən yeni ərizə təqdim edə bilər.

Lakin qeyd edək ki, bu, bir halda mümkündür: İşəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə yazılı və rəsmi qaydada xəbərdarlıq etməmiş olsun. 

bir sual - bir cavab

Xəbər lenti