IMG-LOGO

Qazaxıstanın Energetika Nazirliyi: Kritik mülki infrastruktura hücumlar yolverilməzdir

15 Dec 2025 10:32 4 baxış
IMG

Qazaxıstan Novrossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumu sisteminə noyabrın 29-da dəniz dronları vasitəsilə edilən hücum nəticəsində dəyən zərərin qiymətləndirilməsini davam etdirir.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu energetika naziri Yerlan Akkenjenov 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O dəqiqləşdirib ki, Energetika Nazirliyi energetika sahəsində dövlət siyasətini həyata keçirən sahəvi orqan olduğu üçün siyasi bəyanatlar vermir. Dəymiş ziyanın dəyəri müvafiq qiymətləndirmə başa çatanadək qeyri-müəyyən olaraq qalır.

Nazir əlavə edib ki, hazırda qiymətləndirmə davam edir və milli iqtisadiyyat naziri - baş nazirin müavinin səlahiyyətindədir. Yekun məlumatlar hesablamalar başa çatdıqdan sonra təqdim ediləcək.

Eyni zamanda, Akkenjenov vurğulayıb ki, Qazaxıstanın Energetika Nazirliyi mülki, o cümlədən kritik infrastruktur obyektlərinə hücumları yolverilməz hesab edir.

Onun sözlərinə görə, Qazaxıstanda hasil edilən neftin təxminən 80 %-i Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql edilir. Nazir xatırladıb ki, konsorsium beynəlxalq qanunvericiliyə uyğun olaraq yaradılıb və fəaliyyət göstərir. Onun səhmdarları arasında Avropa, ABŞ və Qazaxıstan şirkətləri var. Rusiya tərəfi layihədə daha az paya malikdir.

Xəbər lenti