Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura bu gün start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Gənclər" komandası "Azərreyl"lə üz-üzə gələcək. Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.
Qeyd edək ki, tura dekabrın 17-də yekun vurulacaq.