IMG-LOGO

Fransa "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub

14.12.2025 02:32 2 baxış
IMG

Fransa Gürcüstanda keçirilən "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub.

"Report"un yerli bürosu xəbər verir ki, ölkəni müsabiqədə Lu Deluiz təmsil edib.

Fransa münsiflər heyətindən 152 bal, onlayn səsvermə nəticələrinə əsasən isə 96 bal toplayaraq birinci yerə layiq görülüb.

Müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.

Azərbaycan müsabiqədə Yağmur Nəsrullayeva ilə təmsil olunub. O "Miau Miau" mahnısı ilə 15-ci yerdə qərarlaşıb.

Fransa "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub

Xəbər lenti