IMG-LOGO

Gəncədə qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb

13 Dec 2025 11:07 47 baxış
IMG

Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb.

"Report"un məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov "VAZ-21011" markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil ustanın üzərinə düşüb və o ölüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.

Xəbər lenti