Gəncədə avtomobil təmiri sexində faciə yaşanıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin S.Qazıyev küçəsindəki təmir sexində qeydə alınıb.
Qaldırıcının qırılması nəticəsində “VAZ-21011” markalı avtomobil 72 yaşlı Həbib Həsən oğlu Hüseynovun üstünə düşüb. Nəticədə o, hadisə yerində ölüb.
Məlumata görə, mərhum özünə məxsus olan həmin avtomobili təmir edirmiş.
Araşdırma aparılır.
Hadisələr