Türkiyədə yeni evlənən cütlük yol qəzasında ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, dekabrın 8-də Ankara-Eskişehir yolunda baş verib.
Mert Özsüzün idarə etdiyi avtomobil iri yük avtomobili olan TIR-a çırpılıb. Zərbədən sonra avtomobil bir neçə dəfə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sürücünün 3 ay əvvəl evləndiyi İrem Özsüz və daha 2 sərnişin isə xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.
Lakin görülən tədbirlərə baxmayaraq, İrem Özsüz də bu gün xəstəxanada keçinib.
Qəza ilə bağlı araşdırma aparılır.
Hadisələr