IMG-LOGO

Azərbaycan futzal millisinin üzvü əməliyyat olunub

12.12.2025 17:37 4 baxış
IMG

Azərbaycan futzal millisinin və "Araz-Naxçıvan" klubunun üzvü Mirzə Əmirov Bakıda cərrahiyyə əməliyyatı olunub.

Bu barədə "Report"a Futzal Federasiyasından məlumat verilib.

Futzalçının diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası əməliyyatı uğurlu alınıb.

Bu gün xəstəxananı tərk edəcək M.Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.

Xəbər lenti