IMG-LOGO

Zelenski: Rusiya ilə əsir mübadiləsi prosesi dondurulub

12.12.2025 02:53 4 baxış
IMG

Hazırda Kiyev və Moskva arasında əsir mübadiləsi prosesi Rusiyanın mövqeyinə görə faktiki olaraq dayandırılıb.

"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə danışıb.

Onun sözlərinə görə, Rusiya əldə olunan kompromislərin icrasını süni şəkildə ləngidir və siyasi razılaşmaların genişləndirilməsini tələb edir.

Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla Rusiya nümayəndələrinin görüşündə Yeni il bayramına qədər genişmiqyaslı əsir mübadiləsinə hazırlıq və saxlanılan şəxslərin siyahısının tutulması razılaşdırılıb.

"Tərəflər Yeni ilə qədər kifayət qədər böyük mübadilə barədə razılığa gəliblər və siyahılar haqqında təkrar danışıqlar aparılmalıdır. Amma hazırda sırf Rusiya tərəfindən fəaliyyətsizlik müşahidə olunur", - Zelenski əlavə edib.

Xəbər lenti