IMG-LOGO

Bu qız inəyi evində saxlayır

11.12.2025 23:46 2 baxış
IMG
1 0

Moskva vilayətinin 27 yaşlı sakini Anastasiya N. evində inək saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qızın dediyinə görə, Varya adlı üç yaşlı inək əvvəlcə təsadüfən evə girib, sonra isə tövlədə təmir işləri aparılarkən müvəqqəti olaraq ailənin yanında qalıb. Məlum olub ki, ailə yeni dostluğu rahat hiss edib və heyvan daimi qonaq olub.

İndi inək vaxtının çox hissəsini evdə keçirir: sahibi ilə yemək yeyir, "dincəlir" və hətta yemək bişirməkdə iştirak edir.

Gecələr Varya tövləsinə qayıdır. Anastasiyanın sözlərinə görə, ailə bu qeyri-adi birgə yaşayışa yaxşı uyğunlaşıb.

 

İnək ev

Xəbər lenti