IMG-LOGO

Anasına qəbir yeri tapmağa gedirdi, faciəvi şəkildə öldü

11 Dec 2025 17:51 24 baxış
IMG
0 0

Türkiyədə ölən anası üçün məzar yeri seçməyə gedən oğul qəzada ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Giresun rayonunu Bulancak qəsəbəsində baş verib.

Məlumata görə, 61 yaşlı Raif Şimşəkin anası Ayşe Şimşək ötən gün dünyasını dəyişib. Kişi bacısı oğlu 39 yaşlı Emin Yılmazla birgə sonuncunun avtomobili ilə Kuzkəndə anası üçün məzar yeri seçməyə yollanıb. Lakin yağış səbəbindən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza zamanı Raif Şimşək və bacısı oğlu həlak olublar.

Araşdırma aparılır.

Hadisələr

Xəbər lenti