IMG-LOGO

Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək

11 Dec 2025 16:41 23 baxış
IMG

Dekabrın 28-də cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnir böyüklər, gənclər və yeniyetmələr arasında təşkil olunacaq.

Yarış Beynəlxalq Cüdo Federasiyasının kata qaydalarına və hakimlik standartlarına uyğun baş tutacaq.

Xəbər lenti