Dövlət Gömrük Komitəsində keçirilən əməliyyat zamanı saxlanılan daha 2 nəfərin kimliyi bilinib.
Lent.az xəbər verir ki, onlar Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadədir.
Onlar da general-leytenant Fərid Usubov və Rəşad Daşdəmirov kimi, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.
Saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisələr