IMG-LOGO

Almaniya yaxın günlərdə Polşadan "Patriot"larını çıxaracaq

11.12.2025 06:49 8 baxış
IMG

Bundesver (Almaniya Silahlı Qüvvələri) yaxın günlərdə Polşadan özünün "Patriot" hava hücumundan müdafiə raket sistemlərini geri çəkəcək.

"Report" xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinə istinadən N-tv kanalı məlumat yayıb.

Yerləşdirilmiş sistemlərin əsas vəzifəsi Ukrayna ilə sərhəd yaxınlığındakı Rzeşovdakı nəqliyyat qovşağını qorumaq olub. Bu məqsədlə təxminən 200 Bundesver personalı səfərbər edilib.

Bu missiya, Almaniya Hərbi Hava Qüvvələrinin vurğuladığı kimi, sentyabrın əvvəlində Polşa hava məkanında PUA hadisəsindən sonra xüsusi əhəmiyyət kəsb edib.

İndi NATO-nun hava hücumundan müdafiəsinin bir hissəsi kimi bu vəzifə Niderland Silahlı Qüvvələrinə verilib.

Xəbər lenti