IMG-LOGO

ABŞ Venesuela sahillərində tanker saxlayıb

11.12.2025 05:41 7 baxış
IMG

ABŞ Venesuela sahillərində tanker saxlayıb.

"Report" xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp bəyan edib.

"Xəbər baxımından maraqlı gün idi. Bildiyiniz kimi, biz indicə Venesuela sahillərində bir tankeri saxladıq. Böyük tanker, çox böyükdür. Başqa şeylər də baş verir. Beləliklə, siz bunu sonra görəcək və bu barədə başqa insanlarla daha sonra danışacaqsınız", - ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

Daha əvvəl "Bloomberg" mənbələrə istinadən xəbər verib ki, ABŞ hərbçiləri Venesuela sahillərində neft tankerini ələ keçirib və saxlayıblar.

Gəmi öz növbəsində sanksiya siyahısındadır. Agentlik qeyd edib ki, belə bir addım iki ölkə arasında gərginliyin ciddi şəkildə artması deməkdir.

Xəbər lenti