IMG-LOGO

Papoyan: Avropa Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasında maraqlıdır

11.12.2025 04:56 6 baxış
IMG

"İrəvanla Bakı arasında sülhün bərqərar olmasından sonra Ermənistan dünya üçün daha maraqlı olub".

"Report"un "Armenpress"ə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Almaniyada olan ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərlə söhbətində deyib.

"Ermənistan ilk növbədə mövcud iqtisadi imkanlarına görə dünyanın marağına səbəb olub. Hazırda ölkənin Asiya hissəsini Avropa ilə birləşdirən yeganə yol Azərbaycan, Ermənistan və Gürcüstandan keçən Orta Dəhlizdir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bundan sonra avropalı tərəfdaşlar bu marşrutun Türkiyə ərazisindən keçərək Avropaya getməsinə böyük maraq göstərirlər.

"Berlin və Hamburqda iş adamları ilə görüşlər göstərdi ki, hamı Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasında maraqlıdır", - deyən Papoyan Qərbin bu yolların açılmasını gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Gevorq Papoyan baş nazirin nümayəndə heyətinin tərkibində Berlin və Hamburqda alman iş adamları ilə görüşlərdə iştirak edib.

Xəbər lenti