IMG-LOGO

Yağışlı hava ilə bağlı polis gücləndirilmiş rejimə keçdi - VİDEO

10.12.2025 23:08 3 baxış
IMG
Yağışlı hava ilə bağlı polis gücləndirilmiş rejimə keçdi - VİDEO 0 0

Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.

Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.

Hadisələr

Xəbər lenti