IMG-LOGO

Bu ölkələrdə siqaret çəkməmək daha yaxşıdır: dünyanın siqaret əleyhinə sərt qanunları

11.12.2025 00:15 3 baxış
IMG
Bu ölkələrdə siqaret çəkməmək daha yaxşıdır: dünyanın siqaret əleyhinə sərt qanunları 0 0

Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun 2017-ci il dekabrın 27-dən qüvvəyə minib.

Qanuna əsasən, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadə edilməyəcək erlər də sadalanıb.

İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə ediləcək.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimələnəcək.

Lent.az dünyanın siqaret əleyhinə sərt qanunları olan ölkələri təqdim edir. 

Butan

2004-cü ildə Cənubi Asiya dövləti tütün məhsullarının  satışına və istifadəsinə qadağa qoyub. Krallıqda siqaret çəkməyə tam qadağa bu günə qədər qüvvədədir. Ölkədə siqaret çəkməyə görə cərimə 175 avro təşkil edir. Tütün məhsulları yayanları beş ilə qədər həbs cəzası gözləyir.

Finlandiya

Finlandiyada ictimai yerlərdə siqaret çəkməklə bağlı standart qadağa ilə yanaşı, gəzinti zamanı, 15 yaşından kiçik uşağın yanında və yaşayış binalarının eyvanlarında siqaret çəkmək qadağandır.

Qanunu pozanları 50-150 avroya qədər cərimə, altı aya qədər həbs gözləyir. 

Yaponiya

Yaponiyada xüsusi kartın - “siqaret çəkənin pasportunun” təqdim edilməsi ilə siqaret satışı sistemi mövcuddur. Bununla da ölkədə 20 yaşadək gənclər arasında bu zərərli vərdişlə mübarizə aparılır. “Siqaret çəkənin pasportunda” sahibinin fotoşəkili, adı və fərdi nömrəsi var.

Rumıniya

Rumıniyada küçələrdə siqaret çəkmək qadağandır. Pozuntuya görə 100 ilə 500 ley arasında (25 – 125 dollar) cərimə ödəməli olacaqsınız.

İtaliya

Rumıniya qanununa bənzər qanun 2025-ci il yanvarın 1-də İtaliyanın Milan şəhərində qəbul edilib. İstisna digər insanlardan ən azı on metr məsafədə yerləşən təcrid olunmuş yerdir. Gördüyümüz kimi, siqaret çəkən şəxsin yoldan keçənlərlə məsafəsini ölçmək üçün bir yol axtarışı Milan rəhbərliyini qorxutmayıb.

Qaydalara məhəl qoymaanlardan 41 dollardan 249 dollara qədər pul tələb olunacaq.

Eyni zamanda, İtaliyanın Turin şəhərində uşaqların yanında siqaret çəkmək qəti qadağandır. Hamilə qadınlar da qanunla tüstüdən qorunur - onlar da yaxınlarına siqaret qatranı yaydıqlarına görə cərimə ödəməli olacaqlar.

Malayziya

Tarixi Malakka şəhərində tamamilə siqaret qadağası var. Siqaret çəkməyi sevənlər 100-1500 ABŞ dolları arasında cərimə ödəməli olacaqlar.

Nepal

Hindistan və Tibet arasında olan ölkədə siqaret nəinki 18 yaşdan kiçik gənclərə, hətta hamilə qadınlara da satılmayacaq. Belə bir qayda pozuntusuna görə cərimə 10.000 rupi (138 dollar) təşkil edir.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirliklərində ictimai yerlər üçün standart məhdudiyyətlərlə yanaşı, 12 yaşdan kiçik uşaqların iştirakı ilə tütün yetişdirmək, eyvanlarda siqaret çəkmək, avtomobildə siqaret çəkmək qadağandır. Siqaretlərin satışına yalnız müəyyən edilmiş yerlərdə icazə verilir. Qanunu pozanlar təqribən 1.000.000 dirhəm (338 dollardan çox) ödəməli və ya iki il həbs cəzası alacaqlar.

Sinqapur

Ölkədə ictimai yerlərdə tütündən istifadəyə ümumi qadağa var, xüsusən də siqaret çəkəndən digər insanlara olan məsafə nəzərə alınır ki, bu da ən azı beş metr olmalıdır.

Qanunu pozanlar 200-1000 Sinqapur dolları (188 – 915 ABŞ dolları) ödəməli olacaqlar.

Siqaret kötüklərini ictimai yerlərdə atmaq da cəzalandırılır. Bu cür düşünülməmiş hərəkətə görə 500 Sinqapur dolları (450 ABŞ dollarından çox) məbləğində cərimə yazılacaq.

Cənubi Afrika  Respublikası

Cənubi Afrika Respublikasında təkcə ictimai yerlərdə deyil, açıq havada hər yerdə siqaret çəkmək qadağandır. Qaydaların pozulması 500 rand (30 dollardan çox) cərimə ilə nəticələnir.

 

Siqaret əleyhinə sərt qaydalar cərimələr

Xəbər lenti