IMG-LOGO

Politico: ABŞ-nin Venesuelada quru əməliyyatı keçirməsi asan olmayacaq

10 Dec 2025 22:11 40 baxış
IMG

Qərar veriləcəyi təqdirdə ABŞ hərbi komandanlığının Venesuelada genişmiqyaslı quru əməliyyatı təşkil etməsi asan olmayacaq.

"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Müdafiə rəsmisi bildirib ki, ABŞ Quru Qüvvələrinin Venesuelaya göndərilməsi ilə bağlı istənilən variant qüvvələrin cəmləşməsi üçün aylarla hazırlıq tələb edəcək; Bu, hansı qonşu ölkədə qüvvə toplanmasından asılı olmayaraq nəzərə çarpacaq", - nəşr yazıb.

Eyni zamanda, başqa bir mənbə Meksika və Kolumbiyanın "99% ehtimalla" ABŞ-nin mümkün əməliyyatında iştirakdan imtina edəcəyini vurğulayıb.

Xəbər lenti