IMG-LOGO

İsveçrənin yeni prezidenti məlum olub

11.12.2025 02:34 3 baxış
IMG

İsveçrənin iqtisadiyyat naziri Qi Parmelen bu gün Federal Məclisin hər iki palatasında keçirilən səsvermədə 2026-cı il üçün ölkənin prezidenti seçilib.

"Report"un verdiyi məlumata görə, o, etibarlı olan 210 səsdən 203-nü toplayıb.

Nazir kimi o, ABŞ-ın İsveçrəyə tətbiq etdiyi yüksək ticarət tariflərini müzakirə etmək üçün bir neçə dəfə Vaşinqtona getməli olub. Təsadüfi deyil ki, səsvermədən sonra o, vəzifəsinin icrasına çətin vaxtlarda, "qeyri-sabit və gözlənilməz şəraitdə" gəldiyini qeyd edib.

Avqust ayında ölkə ABŞ-la razılığa gələ bilməyəndə İsveçrə idxalına 39% rüsum tətbiq edilib.

Noyabr ayında ABŞ-a 200 milyard dollar sərmayə yatırmaq öhdəliyi ilə tariflərin 15%-ə endirilməsi ilə bağlı razılaşma əldə olundu.

Xəbər lenti