IMG-LOGO

Mixail Kavelaşvili: Gürcüstanda kimdənsə asılılıq siyasəti bitməlidir

11.12.2025 02:37 3 baxış
IMG

Gürcüstanda kimdənsə asılılıq siyasəti bitməlidir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ-nin Milli Təhlükəsizlik Strategiyası sənədi ilə bağlı "Post Analitika" proqramında çıxış edərək bildirib.

O deyib ki, ölkədə illərlə davam edən asılılıq siyasətinə son qoyulmalıdır.

Prezident qeyd edib ki, həm ABŞ, həm də Avropa bürokratiyası daxilində baş verən proseslər fonunda Gürcüstanın siyasi kursu öz milli maraqları əsasında formalaşmalıdır.

Kavelaşvili əlavə edib ki, ölkədəki bəzi siyasi qruplar və radikal qanadlar xarici təsirlərdən asılı vəziyyətə düşüb:

"Konkret bürokratiya tərəfindən idarə olunan agentlik və radikal qanad indi gülünc vəziyyətdədir. İstənilən bitərəf vətəndaş və ya ekspert sual verəcək: bu insanlar indi haradadırlar? Amerika, yoxsa Avropa bürokratiyasının tərəfindədirlər və kim tərəfindən idarə olunurlar?"

Xəbər lenti