IMG-LOGO

BMTM təmsilçisi: Azərbaycanın TDT-yə sədrliyi dönəmində hərbi əməkdaşlığın gücləndirilməsi prioritet olacaq

11.12.2025 00:22 3 baxış
IMG

Azərbaycanın 2026-cı ildə Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dönəmində hərbi əməkdaşlığın gücləndirilməsi məsələsi prioritetlərdən biri olacaq.

Bunu "Report"un Türkiyə bürosuna Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev bu gün Ankarada keçirilən "Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi və Türk dünyasının gələcəyi" mövzusunda paneldən sonra deyib.

"TDT-nin qarşılıqlı fəaliyyətinin prioritet istiqamətləri arasında "Türk dünyasının birgə ordusu" ideyası aktualdır və Azərbaycan 2026-cı ildə təşkilata sədrlik dönəmində müdafiə və təhlükəsizlik sahələrinə də önəm verəcək", - o qeyd edib.

C.Vəliyev bildirib ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlər təcrübəsi digər Türk dövlətlərində də tətbiq edilə bilər:

"2013-cü ildən başlayaraq Türkiyə ilə Azərbaycan ortaq hərbi təlimlər keçirir. Təkcə keçən il Türkiyə ilə birgə 25 hərbi təlim keçirilib. Biz bu təcrübənin Türk Dövlətləri Təşkilatı çərçivəsində də tətbiq olunmasını istəyirik".

Xəbər lenti