IMG-LOGO

Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb

11.12.2025 00:59 3 baxış
IMG

Gürcüstan parlamenti "Ali təhsil" haqqında Qanuna düzəlişləri üçüncü oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Yeni dəyişikliklərə əsasən, bakalavr dərəcəsi almaq üçün ali məktəblərdə təhsil müddəti dörd il əvəzinə üç il, magistr dərəcəsi almaq üçün isə iki il əvəzinə bir il olacaq. Bundan əlavə, doktoranturaya qəbul üçün hazırlıq məqsədilə əlavə bir il ayrılacaq.

Bununla yanaşı, Gürcüstan vətəndaşları dövlət universitetlərində bakalavr və magistratura səviyyəsində tamamilə pulsuz təhsil alacaqlar, lakin fakültələr üzrə kvotalar tətbiq olunacaq.

Xəbər lenti