Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında "Murov Az Terminal"la qarşılaşan "Azərreyl" 3:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, tura dekabrın 13-də yekun vurulacaq.