Avropa ölkələri yaxın günlərdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində səylərin koordinasiyası üçün danışıqlar aparmağı planlaşdırır.
"Report" xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində Xorvatiyanın Baş naziri Andrey Plenkoviçlə birgə mətbuat konfransında bildirib.
"Avropalıları maraqlandıran hər bir məsələ bizim razılığımızı tələb edir. Avropalılar qorunmalıdır və biz bu məsələyə dair qərar qəbul edirik. Bu kontekstdə biz yaxın günlərdə əlavə koordinasiya danışıqları keçirməyi planlaşdırırıq", – Kansler vurğulayıb.
O, avropalıların vahid mövqedə olduğunu qeyd edib və əlavə edib ki, yalnız Kiyev ərazi məsələlərinə dair qərar verə bilər.