IMG-LOGO

Azərbaycanda "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" hazırlanacaq

10.12.2025 22:25 3 baxış
IMG

Azərbaycanda "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın hazırlanması və tətbiq edilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.

Proqramın məqsədi kiçik və orta biznes subyektlərinin (KOB) və iri müəssisələrin rəqəmsal transformasiya prosesini dəstəkləmək, qrantlar və güzəştli kreditlər vasitəsilə maliyyə imkanlarını genişləndirməkdir. Beynəlxalq təcrübədə

Sinqapurun "Go Digital" proqramı nümunə kimi götürülür, bu proqram çərçivəsində 18 min KOB-un rəqəmsallaşması təmin edilmiş, məhsuldarlıq göstəricilərində 3 % artım qeydə alınıb. Oxşar modelin tətbiqi nəticəsində Azərbaycanda müəssisələrin rəqəmsal transformasiyası sürətlənəcək, məhsuldarlıq və əlavə dəyər artacaq.

Sənədə əsasən, həmçinin özəl sektorun iqtisadi fəaliyyətinin rəqəmsal transformasiyasına dair dəstək mexanizmləri təqdim ediləcək. Bu mexanizmdən azı 10 müəssisənin faydalanması, azı 12 müəssisənin rəqəmsal transformasiya üzrə dəstək alması və resurslara çıxış imkanlarının genişlənməsi, eləcə də qeyri-neft iqtisadiyyatı üzrə göstəricilərdə rəqəmsal iqtisadiyyatın payının davamlı yüksəldilməsi hədəflənir.

Xəbər lenti