IMG-LOGO

Zelenski: Sabah "istəklilər koalisiyası"nın görüşü olacaq

10.12.2025 22:37 3 baxış
IMG

Sabah "istəklilər koalisiyası"nın görüşü olacaq.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.

"Biz gələcək təhlükəsizliyin təmin edilməsi və Rusiya təcavüzünün təkrar olunmaması üçün çox məhsuldar işləyirik. Bu həftə hamımız üçün mühüm xəbərlər gətirə və müharibənin sonunu yaxınlaşdıra bilər", – o yazıb.

Zelenski qeyd edib ki, bu gün ABŞ tərəfi ilə Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişaf prosesini detallı şəkildə izah edəcək sənəd barədə danışıq planlaşdırılıb.

Onun sözlərinə görə, eyni zamanda, Ukrayna müharibənin başa çatma parametrlərini müəyyən edə biləcək 20 bənddən ibarət fundamental sənəd üzərində işi tamamlayır. Kiyev yaxın vaxtlarda bu sənədi ABŞ-yə, Prezident Donald Trampın komandası və Avropa tərəfdaşları ilə birgə işlədikdən sonra təqdim etməyi planlaşdırır.

Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi üzrə "istəklilər koalisiyası" toplantısı Fransa və Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək. Harada və hansı formatda keçiriləcəyi açıqlanmayıb.

Xəbər lenti