IMG-LOGO

Ermənistanda adam oğurlamaqda şübhəli bilinən keçmiş deputatın həbs müddəti uzadılıb

10.12.2025 21:41 3 baxış
IMG

"Hayastan" müxalifət blokundan olan Ermənistan parlamentinin keçmiş deputatı və "Daşnaksütyun" partiyasının üzvü Suren Manukyanın ev dustaqlığı müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i Baş Prokurorluğa istinadən məlumat yayıb.

Həmçinin, Manukyana əlavə qəti imkan tədbiri - yaşadığı yeri tərk etməməsi barədə iltizam da tətbiq olunub.

Baş Prokurorluq məhkəmənin qərarından şikayət etmək niyyətindədir.

Manukyan digər sabiq deputat Xaçatura Kokobelyanın atası Qrişi Kokobelyanı oğurlamaqda və 3 milyon dollar məbləğində pul tələb etməkdə ittiham olunmuşdu. 2025-ci ilin oktyabrında onun barəsində həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Xəbər lenti