IMG-LOGO

Elman Abdullayev: UNESCO konvensiyaların icrasında müəyyən siyasi manipulyasiyalarla üzləşir

10 Dec 2025 16:45 42 baxış
IMG

UNESCO siyasiləşmə meyillərinə görə konvensiyaların icrasında müəyyən siyasi manipulyasiyalarla üzləşir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumunda paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, UNESCO-nun ölkələrə missiya göndərmə məsələsində boşluqlar mövcuddur:

"Bu mənada, UNESCO konvensiyalarında icra mexanizmləri çox zəifdir və bəzən hətta yox dərəcəsindədir. Digər tərəfdən, UNESCO-da siyasiləşmə tendensiyası artmaqdadır. Bu da, şübhəsiz, müəyyən fəsadlar törətməkdədir".

E.Abdullayev həmçinin bildirib ki, mədəni irs mövzusu qeyri-siyasi mövzu olmalı və birmənalı şəkildə humanitar xarakter daşımalıdır.

Xəbər lenti