IMG-LOGO

Anasının kartından pul oğurlayıb arvadına göndərdi - Azərbaycanda KURYOZ OLAY

10.12.2025 19:44 3 baxış
IMG
Anasının kartından pul oğurlayıb arvadına göndərdi - Azərbaycanda KURYOZ OLAY 0 0

Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti naməlum şəraitdə oğurlanıb.  

Lent.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədilyinə əsaslı şübhələr yaradıb.

Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

oğurluq Sumqayıt

Xəbər lenti