Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Könüllülük Proqramı üzrə 16 min müraciət daxil olub.
"Report" xəbər verir ki, 6 min namizədin müraciət etdiyi seçim prosesi artıq müsahibə mərhələsinə keçib.
Forumda iştirak məqsədilə həmin namizədlərdən ümumilikdə 2500 könüllünün seçimi planlaşdırılır.
Qeydiyyatdan keçmiş və ilkin seçim mərhələsini uğurla tamamlamış namizədlərlə 15 dekabrdan etibarən əlaqə saxlanılacaq və müsahibələr mərhələli şəkildə aparılacaq. Bu mərhələ namizədlərin bilik və bacarıqlarının, həmçinin motivasiyalarının qiymətləndirilməsinə xidmət edir.
Müsahibələri uğurla başa vuran namizədlər 2026-cı ilin yanvar-aprel aylarında keçiriləcək təlim proqramına cəlb olunacaqlar. Təlim proqramı ümumi məlumatlandırma, funksional vəzifələrin bölgüsü və Forum məkanlarına hazırlıq məsələlərini əhatə edəcək.
Tədbirə hazırlıq çərçivəsində WUF13 Könüllülük Proqramı üzrə qeydiyyat mərhələsi 10 dekab saat 23:30-da başa çatacaq.
Məlumat üçün bildirək ki, Qeyd edək ki, 2026-cı ilin 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu altında keçiriləcək və şəhərlərin gələcəyinə dair strateji müzakirələrə ev sahibliyi edəcək. WUF13 Könüllülük Proqramı ilə bağlı əlavə suallar üçün [email protected] elektron poçt ünvanı və çağrı mərkəzi (012 535 26 26) fəaliyyət göstərir.