IMG-LOGO

Ankarada Azərbaycan-Türkiyə əməkdaşlığının regionda yaratdığı imkanlar müzakirə olunub

10.12.2025 18:37 3 baxış
IMG

Bu gün Ankarada Hacettepe Universitetində "Cənubi Qafqazda normallaşma prosesi: Azərbaycan-Türkiyə əməkdaşlığının yaratdığı imkanlar" mövzusunda tədbir keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Türk Dövlətləri Gənclik Topluluğu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi tədbirdə universitetin müəllim-tələbə heyəti, diplomatlar, ekspertlər, elm adamları, tələbələr, media və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Universitetinin rektoru professor Mehmet Cahit Güran tədbirin açılışında çıxış edərək gənclərə türk tarixinin tanıdılmasının vacibliyini vurğulayıb, Azərbaycan-Türkiyə əlaqələrində Ümummilli Lider Heydər Əliyevin xidmətləri ilə yanaşı, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün irsini və dəyərlərini xatırladıb.

BMTM-nin İdarə Heyətinin üzvü Cavid Vəliyev rəsmi Bakı və rəsmi Ankaranın apardığı siyasətin regionda, eləcə də bütün beynəlxalq aləmdə yaratdığı müsbət tendensiyalardan danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iki qardaş respublika arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Tədbir Hacettepe Universiteti Hüquq Fakültəsinin müəllimi Bahadır Özarslanın moderatorluğu ilə Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı Ayşe Üzer, Universitetin nəzdindəki Türkiyat Araşdırmaları İnstitutunun əməkdaşı Tufan Gündüz və AzTV-nin əməkdaşı Mahir Qəribovun "Türk Dünyası: Keçmişdən Gələcəyə" adlı panellə davam edib.

Xəbər lenti