IMG-LOGO

3 uğurlu doğum tarixi - Onlar sonradan uğur gətirirlər

10.12.2025 18:24 4 baxış
IMG
3 uğurlu doğum tarixi - Onlar sonradan uğur gətirirlər 0 0

Numerologiya, astrologiya və müxtəlif ruhani təcrübələrlə məşğul olan mütəxəssislər bildiriblər ki, bəzi insanlar gənclik illərində deyil, məhz yetkin yaş dövrlərində əsl yüksəlişə çatırlar. Parade yazır ki, bu insanlar yaxşı şərab kimi zaman keçdikcə daha da güclənir və öz potensiallarını tam şəkildə açırlar.

Lent.az xarici mediaya istinadla 3 uğurlu tarix barədə məlumat verir.

Ən çox gec uğur gətirdiyi deyilən doğum tarixləri bunlardır: ayların 8-i, 22-si və 29-u.

8-də doğulanlar - zamanla güclənən “müşahidəçilər”

Mütəxəssislər bildirir ki, ayın 8-də doğulan insanlar dözümlü, qətiyyətli və daxili müdrikliyə sahib olurlar. Onların həyat yolunun hakim planeti Saturn hesab edilir, yəni uğur dərhal gəlmir, yalnız təcrübə və çətinliklərin aşılması ilə formalaşır. Sakit, yavaş, lakin ardıcıl inkişaf onları illər sonra böyük nəticələrə çatdırır.

22-də doğulanlar - öz reallığını quran “usta memarlar”

Nümerologiyada 22 “Usta sayı” kimi tanınır. Bu tarixdə doğulanlar əsl həyat memarları sayılır. Onların ən parlaq nailiyyətləri məhz yetkinlik dövründə görünür, çünki toplanmış bilik, intizam və özünəinam iri layihələrin həyata keçməsinə imkan yaradır.

Mütəxəssislər vurğulayırlar ki, onların “qızıl illərində” arzularının reallaşması daha aydın və hiss olunan olur.

29-da doğulanlar - emosional müdrikliklə çiçəklənən intuitivlər

Ayın idarə etdiyi bu insanlar yüksək empatiya, emosional həssaslıq və güclü daxili duyuma malikdirlər. Gənclikdə başqalarının hisslərinə həddindən artıq bağlana bilirlər, lakin yaş artdıqca öz intuiziyalarına güvənməyi öyrənirlər. Yetkin yaşlarında onlar həm emosional harmoniya, həm də daxili güc baxımından ən məhsuldar dövrünə qədəm qoyurlar.

numerologiya

Xəbər lenti