IMG-LOGO

Astarada balıqçılar itkin düşdü -YENİLƏNİB

10.12.2025 14:30 2 baxış
IMG
Astarada balıqçılar itkin düşdü -YENİLƏNİB 0 0

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

***

Astarada balıqçılar itkin düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hazırda itkin düşən şəxslərin axtarışları aparılır.

BALIQÇI İtkin

Xəbər lenti