IMG-LOGO

Rusiyada ticarət mərkəzində yanğın baş verib

10.12.2025 14:56 2 baxış
IMG

Ulan-Ude şəhərindəki (Buryatiya, Rusiya) "Bayanqol" ticarət mərkəzində 5 nəfər zəhərlənib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Buryatiya FHN-nin yaydığı məlumatda bildirilib.

"Yanğının söndürülməsi üçün magistral xətt çəkilib, qonşu binalara təhlükə yoxdur. 5 nəfər dəm qazından zəhərlənmə əlamətləri ilə tibbi yardıma müraciət ediblər," - idarədən bildirilib.

50 nəfər təxliyə olunub.

Xəbər lenti