IMG-LOGO

Lerikdə avtomobil dərəyə aşıb, bir nəfər ölüb

10.12.2025 13:27 2 baxış
IMG

Lerik rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Tikaband kəndində qeydə alınıb.

Kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı avtomobili Dico kəndində yol kənarında saxlasa da, maşın qəfildən hərəkət edərək dərəyə aşıb.

Qəza nəticəsində maşında olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti