IMG-LOGO

Qusarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub

09 Dec 2025 21:12 7 baxış
IMG

Qusarda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Hil kəndində "ZİL" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü S.Saruxanov, 1974-cü il təvəllüdlü A.Güləliyev, 1962-ci il təvəllüdlü İ.Ağakişiyeva və 1989-cu il təvəllüdlü R.Balabekov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

19:14

Qusarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində üç kişi, bir qadın ağır xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti