IMG-LOGO

Azərbaycan Ermənistanla Aİ arasında hərbi cinayətlərdə ittiham olunanların "əsir" kimi qeyd olunmasını qəbuledilməz sayıb

09 Dec 2025 14:59 18 baxış
IMG

Azərbaycan Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənəddə hərbi cinayətlərdə ittiham edilən şəxslərin "əsir" kimi qeyd olunmasına etiraz edib.

"Report"un məlumatına görə, Xarici İşlər Nazirliyinin bununla bağlı şərhində deyilir:

"İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir".

Xəbər lenti