IMG-LOGO

Zərdabda baba və nəvə qəzada öldü, 4 yaralı var

09 Dec 2025 14:07 27 baxış
IMG
Zərdabda baba və nəvə qəzada öldü, 4 yaralı var 1 0

Zərdabda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunda baş verib.

“Toyota Prius” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə, sərnişin İntiqam Məmmədov hadisə yerində, onun azyaşlı nəvəsi T.Məmmədov isə xəstəxanada ölüb.

Daha 4 nəfər - Bıçaqçı kənd sakinləri olan sürücü Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və digər övladı Uğur xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Zərdabda qəza maşın aşdı

Xəbər lenti