IMG-LOGO

Zərdabda avtomobil aşıb, ailənin bir üzvü ölüb, altısı xəsarət alıb - YENİLƏNİB

09 Dec 2025 12:40 9 baxış
IMG

Zərdab rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, altı nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova, Tunar Məmmədov, İntiqam Məmmədov (azyaşlı) və Uğur Məmmədovdur (azyaşlı).

Azyaşlılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü M.Məmmədov "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.

11:37

Zərdab rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Toyota" markalı minik maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin İntiqam Qnyaz oğlu Məmmədov ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti