IMG-LOGO

Zaqatala sakininin meyiti evinin həyətyanı sahəsindəki tikilidən tapıldı

08 Dec 2025 20:22 9 baxış
IMG
Zaqatala sakininin meyiti evinin həyətyanı sahəsindəki tikilidən tapıldı 0 0

Zaqatalada yardımçı tikilidən kişi meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. 

Belə ki, Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə ailə üzvləri tərəfindən aşkar olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

meyit Zaqatala

Xəbər lenti