IMG-LOGO

İlham Əliyev Slovakiyada rəsmi səfərdədir

08 Dec 2025 17:50 24 baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiyaya rəsmi səfəri başlayıb.

"Report"un Slovakiyaya ezam edilən müxbirinin xəbərinə əsasən, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti