IMG-LOGO

Mingəçevirdə qanunsuz balıq ovlayan tutuldu

08 Dec 2025 16:02 10 baxış
IMG
Mingəçevirdə qanunsuz balıq ovlayan tutuldu 0 0

Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.

Lent.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisələr

Xəbər lenti