IMG-LOGO

Türkiyədə 4,9 maqnitudalı zəlzələ olub

08 Dec 2025 14:42 24 baxış
IMG

Türkiyənin Antalya vilayətindəki Serik şəhərində 4,9 maqnitudada zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanın ocağı 28,25 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Xəbər lenti