IMG-LOGO

Moskva vilayətində yanğın baş verib, 400-dən çox insan təxliyə edilib

08 Dec 2025 13:52 23 baxış
IMG

Kaşira (Moskva bölgəsi – red.) administrasiyasının inzibati binasından yanğın səbəbi ilə 400-dən çox insan təxliyə olunub.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə fövqəladə xidmətlərin nümayəndəsi bildirib.

"10:40-da yanğın söndürülüb", - nümayəndə qeyd edib.

Yanğının söndürülməsinə 24 nəfər və 7 texnika cəlb olunub.

Məlumata görə, yanğına ilkin səbəb kimi naqil qısaqapanması göstərilir.

Xəbər lenti