IMG-LOGO

Azərbaycanda evlənənlər azalıb, boşananlar çoxalıb

17 Nov 2023 18:11 148 baxış
IMG

Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.

Lent.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin oktyabrın 1-i vəziyyətinə 39 134 nikah və 16 226 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Mənbə: lent.az

Xəbər lenti