IMG-LOGO

Bihterlə Behlül yenidən bir yerdə - İkinci şans verdilər

17.11.2023 18:52 100 baxış
IMG

“Netflix” platformasında yayımlanacaq “İstanbul üçün son çağırı” filminin ilk fraqmanları yayımlanıb.

Lent.az-ın xəbərinə görə, baş rollarda Kıvanc Tatlıtuğ və Beren Saatın oynadığı filmi izləyicilər böyük həyəcanla gözləyir.

10 il öncə “Aşkı memnu” serialındakı yasaq sevgiləri ilə çox sevilmiş Behlül və Bihter rollarının ifaçılarının yenidən bir araya gəlməsi izləyiciləri sevindirib.

Filmin əsas mövzusu Amerika, sevgi, nakam eşq yaşamış insanların özlərinə ikinci şans vermək cəhdi barədədir. Kıvanc və Beren bu dəfə Serin və Mehmet rollarına bürünəcəklər.

Film noyabrın 24-də yayımlanacaq.

Xəbər lenti