IMG-LOGO

Bakıda bu yolda sürət yenidən 110 oldu

17 Nov 2023 17:50 216 baxış
IMG

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Beləliklə həmin yolda sürət yenidən 110 km/saat olub.

Qeyd edək ki, sözügedən yolda sürət həddi saatda 110 km-dir. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik baxımından sürət həddi saatda 90 km-ə endirilmişdi.

Mənbə: lent.az

Xəbər lenti